Paytaxtda tıxac var - Bu küçə və prospektlər bağlandı - SİYAHI

Paytaxtda tıxac var - Bu küçə və prospektlər bağlandı - SİYAHI
SOSİAL
10:34 23.04.2018
4932
Səhər saatlarından başlayaraq paytaxtın küçələrində tıxac müşahidə olunur.

Səbəb Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilməsi ilə bağlıdır.

Daha öncə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda tədbir tam başa çatana qədər davam edəcək.

Qeyd edək ki, yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca - Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkət tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi