Paytaxtda tıxac var - Qəza baş verib

Paytaxtda tıxac var - Qəza baş verib
SOSİAL
16:40 07.12.2018
4701
Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb.

Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir.

Belə ki, "Hundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.
OXŞAR XƏBƏRLƏR