Paytaxtın bu hissələrində su olmayacaq

Paytaxtın bu hissələrində su olmayacaq
SOSİAL
13:27 11.02.2017
1091

 

Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AZXEBER.COM bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin saytına istinadən xəbər verir.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR