Penitensiar Xidmətdən dustaqlar arasındakı dava ilə bağlı - AÇIQLAMA

Penitensiar Xidmətdən dustaqlar arasındakı dava ilə bağlı - AÇIQLAMA
SOSİAL
11:44 05.04.2019
2595
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib:

 "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında məişət zəmnində münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar əsassızdır".
OXŞAR XƏBƏRLƏR