Penitensiar Xidmətə yeni rəis müavini TƏYİNATI

Penitensiar Xidmətə yeni rəis müavini TƏYİNATI
SOSİAL
16:03 17.05.2018
6391
Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib, Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildən Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi kimi çalışıb. 
OXŞAR XƏBƏRLƏR