Pensiya kapitalı ilə bağlı daha bir TƏKLİF - VİDEO

Pensiya kapitalı ilə bağlı daha bir TƏKLİF - VİDEO
SOSİAL
23:37 22.03.2026
267
Yığılan pensiya kapitalının böyük hissəsi vətəndaşlar üçün əlçatan deyil. Vətəndaşların yığımları onların hüququdur, lakin qanunvericilik indiyədək bu vəsaitlərin ölüm sonrası vərəsələrə transferini tam təmin etmir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, hazırda qüvvədə olan qaydalara əsasən, sosial sığorta haqları əsasən pensiya təminatına yönəldilir və hesablamalar minimum 144 ay üzərindən aparılır. Bu mexanizm müəyyən sabitlik yaratsa da, daha yüksək məbləğdə vəsait toplayan şəxslər üçün əlavə imkanlar nəzərdə tutulmur. Mövcud sistemdə digər mübahisəli məqamlardan biri də ailə başçısını itirmiş şəxslərlə bağlıdır.

Ekspert hesab edir ki, bu baxımdan, həmin vəsaitlərdən müxtəlif məqsədlər üçün istifadə imkanları yaradılmalıdır.

O, vurğulayıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda isə bir çox ölkədə həm dövlət, həm də özəl pensiya fondlarının fəaliyyət göstərdiyi və vətəndaşlara daha çevik seçim imkanları təqdim olunduğu müşahidə edilir.

Onu da xatırladaq ki, sözügedən məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunub. Millət vəkilləri tərəfindən bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərdən biri də vəsaitlərin, yəni pensiya kapitalının 30 faizinin vərəsələrə verilməsidir.

OXŞAR XƏBƏRLƏR