Pensiya və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar...

Pensiya və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar...
İQTİSADİYYAT
10:52 16.09.2026
1178
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı” açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiya kapitalına əlçatanlıq kimi istiqamətlər daxildir. N.Cəfərli iddia edir ki, bu addımlar ilin sonuna qədər atılsa, ölkəmiz iqtisadi daralma burulğanından çıxa bilər.

İlin sonuna kimi bu cür böyük qərarların verilməsi mümkündür? Bunlar real təklifdir? Bir neçə aya dövlət eyni anda belə qərarlar verə bilərmi?

AZXEBER.COM xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc quru sərhədlərin açılmasının texniki baxımdan mümkün olsa da, praktiki formada hazırda imkansız olduğunu deyib.

"Xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək uzadılıb və bu müddətin yenidən uzadılması gözlənilir. Bunun bir neçə səbəbi var. Hesab edirəm ki, bölgədə stabillik, sülh və əmin-amanlıq tam bərpa olunana qədər bu proses davam edəcək. Uşaqpuluna gəlincə, bu, iqtisadi aktivliyə kifayət qədər müsbət təsir göstərə bilər. Lakin ölkə iqtisadiyyatının aktivləşdirilməsi, əlavə investisiyaların cəlb olunması təmin edilmədən, mövcud büdcə imkanları hesabına uşaqpulunun verilməsi və məbləğinin artırılması ciddi problemlərə səbəb olacaq. Bir neçə ay bu ödənişi həyata keçirmək mümkündür, lakin sonrakı mərhələdə büdcədə ciddi kəsirlər və problemlər yarana bilər”, - ekspert əlavə edib.

AQC sədri bildirib ki, uşaqpulunun verilməsi ilə bağlı qərar qəbul edilənədək müəyyən addımların atılması vacibdir:

"Dövlət qurumlarının birləşdirilməsi, onların xərclərinin azaldılması, regionlarda vahid idarəetmə sisteminin yaradılması, rayonlar üzrə inzibati bölgü sisteminin dəyişdirilməsi, vəzifələrin və paralel strukturların sayının azaldılması kimi tədbirlər görülməlidir. Azərbaycan ərazisi bu qədər çox rayonun saxlanılmasını zəruri edəcək qədər böyük deyil. Ölkə başçısı bu istiqamətdə kifayət qədər islahatçı addımlar atıb və bundan sonra da belə addımların atılacağı gözlənilir. Lakin bütün bu proseslərin ilin sonuna qədər yekunlaşdırılması mümkünsüzdür. KOB-lara güzəştlərə gəlincə, ƏDV üzrə məcburi qeydiyyat həddi hazırda 200 min manatdır. Kiçik və orta biznesin inkişafı üçün bunun 500 min manata qədər artırılmasını təklif etmişik. Vergi və kredit güzəştləri, yoxlama və inzibati prosedurlarla bağlı güzəştlər də iqtisadi aktivliyi artıra bilər”.

İqtisadçı qeyd edib ki, pensiya kapitalına əlçatanlıq məsələsi isə mübahisəlidir:

"Hesab edirəm ki, müəyyən hallarda vətəndaşlara pensiya kapitalından istifadə imkanı verilməsi məqsədəuyğundur. Məsələn, ilk dəfə ev alanlar və ya ciddi xəstəliyi olan şəxslər müalicə məqsədilə bu vəsaitdən istifadə edə bilərlər. Bundan əlavə, pensiya kapitalının ipoteka kreditləşməsində, ev alqı-satqısı zamanı ipoteka fonduna yönəldilməsi də müsbət nəticə verər. Natiq Cəfərli çox ciddi iqtisadçılardan biridir. Lakin burada bir məqamı nəzərdən qaçırıb. Söhbət 500 mindən artıq evin sənədsiz olması məsələsindən gedir. Bu istiqamətdə addımlar atılaraq həmin evlər sənədləşdirilsə, onlar miras kimi ötürülə, alqı-satqı predmeti, ipoteka və kredit təminatı, qiymətləndirmə və sığorta obyekti ola bilər. Bu isə ölkədə ciddi iqtisadi aktivlik yarada bilər. Fikrimcə, ölkənin iqtisadi aktivliyini təmin etmək üçün beş addım kifayət deyil. Daha ciddi və kompleks proqram lazımdır. Həmin proqramı yaxın zamanda açıqlayacağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global": 44 gündə yazılan dastan - Video
22:58 07.11.2026
"Haber Global": 44 gündə yazılan dastan - Video
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
22:52 07.11.2026
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb