Pensiya yaşı ilə məsələ martın 7-də müzakirəyə çıxarılacaq

Pensiya yaşı ilə məsələ martın 7-də müzakirəyə çıxarılacaq
SOSİAL
17:29 01.03.2017
872
 
Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb. 
Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir. 
 

OXŞAR XƏBƏRLƏR