Pensiyalar 2013-cü ildə artacaq

Pensiyalar 2013-cü ildə artacaq
İQTİSADİYYAT
11:36 28.06.2012
3538
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu il ölkədə pensiyaların məbləğinin artacağını gözləmir.
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib."Pensiyaların həcmi sosial sığorta sahəsindəki yığımlardan asılıdır. Yığımların daxil olması proqnozlara uyğun gedir, kəskin artım yoxdur. Buna görə də hazırda DSMF-nin 2012-ci il büdcəsinə dəyişikliklər edilməsi üçün imkanlar yoxdur", - Müslümov deyib.Onun sözlərinə görə, pensiyaların məbləğinin artması 2013-cü ildə mümkün olacaq.
OXŞAR XƏBƏRLƏR