Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA
ÖZƏL
13:28 18.04.2024
1637
"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib.
 
"Pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə aprel ayının pensiylarının ödənişi davam etdirilir.  Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.    
 
Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub.  Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq".
OXŞAR XƏBƏRLƏR