Pensiyalarla bağlı VACİB DETAL: 2026-cı ildə hesablanan staj...

Pensiyalarla bağlı VACİB DETAL: 2026-cı ildə hesablanan staj...
SOSİAL
12:17 19.02.2026
489

Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur. Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır.

Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır?

Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi müəyyən edilir. Yəni, toplanmış pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur. Burada 144 ədədi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Pensiyanın təyin olunması üçün ilk növbədə şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır. İl tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır. Göstərici sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Məsələn, 2006-cı il tarixinədək 20 il 6 ay ümumi iş stajı olan şəxsin həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (20,5x 306 manat) 6273 manat olaraq hesablanır. Bu göstərici qanunvericiliyə uyğun olaraq ötən müddət üzrə indeksləşdirilərək artırılır. Şəxsin 2006-cı il yanvarın 1-dən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda bu məbləğ də həmin göstəriciyə əlavə edilir. Nəticədə cəmi pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur.

Qeyd edək ki, 2019-2025-ci illərdə şəxsə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək 25 il staj hesablanırdı. 2026-cı ildən etibarən isə hər il üçün bir il azaldılmaqla hesablanır. Yəni, 2026-cı ildə hesablanan staj 24 il, 2027-ci ildə 23 il olması nəzərdə tutulub.

Sözügedən şərtlə stajın hesablanması pensiya kapitalı ilə yanaşı, stajı da pensiyaya çıxmağa imkan verməyənlər üçün pensiya hüququ yaradır. Belə ki, qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxsin bu hüququndan yararlanması üçün minimum pensiya kapitalı (hazırda 46 080 manatdır) olmadığı halda, 25 il staj tələb olunur. Şəxsin faktiki stajı bu göstəricidən çox olduqda isə onun arzusuna əsasən, pensiya təyin edilərkən faktiki staj nəzərə alınır.

Keçmiş hakimlərin pensiya məbləğinə gəlincə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əmək pensiyasına əlavə təyin edilir. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərin isə maksimum pensiya məbləği (əlavə ilə birgə) onların bu vəzifədə aldıqları orta aylıq əməhaqqının 80 faizi qədər müəyyən olunur. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir