ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail-Fələstin münaqişəsi səbəbindən İsrailə dəstəyin artırıldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemləri və sursat da daxil olmaqla, İsrail-Fələstin münaqişəsi səbəbindən İsrailə müdafiə dəstəyini artırdıqlarını açıqlayıb.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli Pentaqon rəsmisi İsrail və Fələstindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.
Bayden administrasiyasının İsraillə təmaslarını davam etdirdiyini və ən təcili ehtiyacları müəyyənləşdirməyə çalışdığını bildirən rəsmi deyib:
"İlk növbədə İsrailin müdafiəsinə dəstəyimizi artırırıq. "Bura hava hücumundan müdafiə sistemləri və döyüş sursatları daxildir”.
İsrailə lazım olan sursatları ən qısa zamanda çatdırmaq üçün çalışdıqlarını qeyd edən səlahiyyətli İsrailin tələb etdiyi bəzi materialları daşıyan təyyarələrin yolda olduğunu vurğulayıb.
Ayşən