ABŞ kəşfiyyatı ABŞ-nin İranın üç nüvə obyektinə endirdiyi hava zərbələri haqda hesabat yayımlayıb.
AZXEBER.COM xarici mətbuata istinadn xəbər verir ki, hesabatda ABŞ-nin İranın nüvə proqramının əsasını məhv etmədiyi bildirilib.
ABŞ kəşfiyyatının qiymətləndirməsi göstərir ki, ABŞ-nin həftə sonu İranın üç nüvə obyektinə endirdiyi hava zərbələri İranın nüvə proqramının əsas strukturunu məhv etməyib və çox güman ki, onu yalnız aylarla geri salıb.
Məsələ ilə bağlı məlumatı olan üç mənbə CNN-ə ABŞ kəşfiyyatının ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri ilə bağlı ilkin qiymətləndirməsi barədə məlumat verib.
Mənbələr İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edilmədiyini və sentrifuqaların böyük ölçüdə "sağlam” olduğunu bildirib.
Gülay