Pentaqon Çinin “nüvə üçlüyü”nə sahib olduğunu açıqlayıb

Pentaqon Çinin “nüvə üçlüyü”nə sahib olduğunu açıqlayıb
DÜNYA
00:18 04.11.2021
446
ABŞ Çinin "nüvə üçlüyü”nə malik olduğunu ehtimal edir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə barədə Pentaqonun açıqladığı yeni hesabatda deyilir.
 
Nüvə üçlüyü dedikdə strateji aviasiya, qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları nəzərdə tutulur.

Hesabatda vurğulanıb ki, Çin nüvə başlığı daşıyan raketlər hazırlamaqla, dənizdəvə quruda nüvə potensialını yaxşılaşdırmaqla özünün yeni nüvə üçlüyünü yaradıb. Pentaqonda hesab edirlər ki,Çin xəbərdarlığa baxmayaraq nüvə hazırlığını artırır:

"Ölkə, həmçinin quru, dəniz və havadan buraxılan ballistik raketlərə sərmayə qoyur və inkişaf etdirir, eləcə də lazım olan nüvə infrastrukturu yaradır".
OXŞAR XƏBƏRLƏR