ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.
Bu barədə hərbi qurum rəhbərinin Pentaqonun rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
Onun sözlərinə görə, COVID-19 əlamətlərini məzuniyyətdə olarkən hiss edib.
"Simptomlar yaranan kimi test tələb etdim”, - deyə Ostin bildirib.
Onun sözlərinə görə, test müsbət nəticə verib, hazırda xəstəliyi yüngül keçirdir.
Nazir karantinə evdə riayət etmək niyyətindədir. O, diaqnozu barədə ABŞ prezidenti Co Baydenə də məlumat verib.