ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan 10 min nəfərədək hərbçinin çıxarılması imkanını nəzərdən keçirir.
Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Hərbçilər 2022-ci ildə ABŞ-nin əvvəlki administrasiyasının Ukrayna ilə həmsərhəd ölkələrə göndərdiyi 20 min nəfərədək şəxsi heyəti olan bölmələrin tərkibinə daxildirlər.