Pentaqon Ukraynaya yardımın məbləğini açıqladı

Pentaqon Ukraynaya yardımın məbləğini açıqladı
DÜNYA
11:46 13.12.2023
122
ABŞ Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyacları üçün Ukraynaya əsasən hava hücumundan müdafiə və artilleriya sursatlarından ibarət 200 milyon dollar dəyərində əlavə hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən açıqlamada Ukraynaya veriləcək yeni hərbi yardım paketi ilə bağlı təfərrüatlar yer alıb. 

Bəyanatda qeyd olunub ki, Ukraynaya öz ərazisini müdafiə etməyə kömək edəcək əlavə hərbi yardım paketinə 200 milyon dollar dəyərində hava hücumundan müdafiə, artilleriya sursatları, tank əleyhinə silahlar və digər texnika daxildir.

ABŞ-nin müdafiə naziri Lloyd Austin də sosial media hesabından məsələ ilə bağlı açıqlama verərək, ABŞ-nin Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR