Pentaqon Yaxın Şərqə 2000 hərbçi göndərir

Pentaqon Yaxın Şərqə  2000 hərbçi göndərir
DÜNYA
18:04 17.10.2023
190
ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Fələstinin HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu ilə əlaqədar Yaxın Şərqə mümkün göndərilmə üçün 2000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq yazılı açıqlamasında bildirib.

Hərbi qurumun nümayəndələri onu da qeyd ediblər ki, hələlik hər hansı qüvvələrin köçürülməsi ilə bağlı qərar verilməyib.
OXŞAR XƏBƏRLƏR