Pentaqondan açıqlama: İsrailin çox istedadlı ordusu var

Pentaqondan açıqlama: İsrailin çox istedadlı ordusu var
DÜNYA
11:47 18.10.2023
166
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailə HƏMAS-la mübarizə aparmaq üçün təhlükəsizlik sistemləri verdiyini açıqlayıb və bunun günahsız mülki insanların öldürülməsi demək olmadığını bildirib.

AZXEBER.COM xəbər verir ki, mətbuat konfransında Pentaqon sözçüsünün müavini Sabrina Sinq İsrailin hava hücumuna məruz qalan Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanası ilə bağlı sualları cavablandırıb.

İsrailə tam dəstəyini təkrarlayan Sinq yüzlərlə mülki vətəndaşın həyatını itirdiyi xəstəxana hücumu ilə bağlı suallara cavabları ilə diqqət çəkərək, mövzu ilə bağlı çox məlumatı olmadığını ifadə edib.

ABŞ-nin İsrailə verdiyi hərbi yardıma heç bir ilkin şərt qoymadığına diqqət çəkən Sinq deyib:

"Biz İsrailə Qəzzada HƏMAS-ı təsirsiz hala gətirməsi və təsirli şəkildə geri çəkməsi üçün lazım olan təhlükəsizlik sistemlərini mütləq veririk. Bu, günahsız mülki insanların öldürülməsi demək deyil”. 

İsrail rəsmiləri ilə görüşlərdə müharibə qanununun mütləq şəkildə dəstəklənməsinin zəruriliyini təkrarladıqlarını ifadə edən Sinq deyib:

"İsrailin çox istedadlı və peşəkar ordusu var. Biz inanırıq ki, onların Qəzzada istifadə etdiyi təhlükəsizlik yardımı Həmas-ı hədəf almaq üçün düzgün istifadə olunacaq, eyni zamanda günahsız mülki şəxslərin humanitar yardım üçün gedə biləcəkləri əraziləri axtarmağa imkan verəcək”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR