"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 2025/26 mövsümündəki çempionluq yarışından və "Arsenal”ın möhtəşəm müdafiə seriyasından danışıb.
AZXEBER.COM xəbər verir ki, ispaniyalı mütəxəssis "Börnli” üzərində 2:0 hesablı qələbədən sonra "topçular”ın ardıcıl yeddi matçda qapısında qol görməməsinə münasibət bildirib:
"Ümid edirəm, "Arsenal” nə vaxtsa qol buraxacaq. Bizdə ötən mövsümdə olmayan enerjini bu mövsüm hiss edirəm. Klublar Dünya Çempionatından sonra elə bir hiss yarandı ki, biz anı yaşayırıq. Hələ 10 oyun keçirilib, qarşıda 28 qarşılaşma var. Hər şey ola bilər. Əsas odur ki, komanda getdikcə güclənir və biz yarışdan qopmuruq”.
Xatırladaq ki, "Arsenal”ın qapısından son yeddi oyunda qol keçirmədiyi rəqiblər "Olimpiakos” (2:0), "Vest Hem” (2:0), "Fulhem” (1:0), "Atletiko” (4:0), "Kristal Pelas” (1:0), "Brayton” (2:0) və "Börnli” (2:0) olub.
Qeyd edək ki, hazırda Mikel Artetanın komandası 25 xalla Premyer Liqanın lideridir, Pep Qvardiolanın "Mançester Siti”si isə 19 xalla ikinci pillədə qərarlaşıb.
Zəfər Hacılı








































