Peru prezidenti dindirilməyə çağırılacaq - SƏBƏB

Peru prezidenti dindirilməyə çağırılacaq - SƏBƏB
DÜNYA
11:35 25.05.2023
153
Perunun Baş Prokurorluğu hökumət əleyhinə nümayişlər zamanı insanların ölümü ilə bağlı prezident Dina Boluarteni dindirməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı ifadə vermək üçün mayın 31-də Baş Prokurorluğun əsas binasına gəlməlidir. Boluartenin vəkili radiostansiyaya onun dindirilmək üçün orada olacağını təsdiqləyib.

Prezident Boluarte mayın 31-də milli təlimə qatılacağı ilə bağlı prokurorluqdan açıqlamasını bu səbəbdən 1 iyuna təxirə salmasını istəyib.

Ölkədəki müxtəlif mənbələrə görə, həftələrlə davam edən etirazlarda 77 nəfər həyatını itirib.

Prokurorluq yanvarın 10-da aksiyalarda ölənlərlə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR