Peruda sərnişin avtobusu 200 metrlik uçurumdan aşıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb, 20 nəfər yaralanıb.
Nəqliyyat və Rabitə naziri Raul Perez Reyes mətbuata açıqlamasında qəza bölgəsinə çoxlu axtarış-xilasetmə qrupunun göndərildiyini, yaralıların xəstəxanalara aparıldığını bildirib.
Qəzada ölənlərin ailələrinə başsağlığı verən Reyes qəza ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.
Oksana