Tanınmış teleaparıcı Pərvanə Tahirqızı ARB telekanalı ilə yollarını ayırıb.
Bu haqda o AZXEBER.COM-a açıqlamasında deyib.
"ARB kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm".
O, yeni mövsümdəki planları ilə bağlı isə heç bir açıqlama vermək istəməyib.
Xatırladaq ki, Pərvanə Tahirqızı uzun illərdə "Elgizlə izlə” verilişinin aparıcılarından olub.
Aysel Hacızadə