Pərvanə "Elgizlə izlə"yə qayıtdı: “Sənsiz bu verilişin dadı-duzu yox idi” - VİDEO

Pərvanə "Elgizlə izlə"yə qayıtdı: “Sənsiz bu verilişin dadı-duzu yox idi” - VİDEO
MAQAZİN
15:04 08.07.2024
367
ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər ötən həftə verilişində dəyişiklik edildiyini açıqlamışdı.
 
AZXEBER.COM xəbər verir ki, o, həmkarı Pərvanə Tahirqızının Avropada olduğunu bildirərək, bundan sonra verilişi Məryəm adlı xanımla aparacağını bildirmişdi.
 
"Elgizlə izlə"nin bugünkü buraxılışında gözlənilməz hadisə yaşanıb. Elgiz canlı yayıma yenidən həmkarı Pərvanə ilə birlikdə çıxıb. Verilişin ekspertləri də Pərvanəyə "Sizsiz bu verilişin dadı-duzu yox idi" deyib. 
 
Qeyd edək ki, Pərvanə Tahirqızı bir neçə ildir ki, verilişin aparıcısıdır və onun anidən efirdə görünməməsi birmənalı qarşılanmamışdı. 
 
Həmin görüntüləri təqdim edirik:
 
Aysel

OXŞAR XƏBƏRLƏR