BAKU AZƏRBAYCAN
15°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Pərvin Babayeva: "Getdiyim hər ərazidə ilk olaraq tənha analar ilə görüşürəm"

Pərvin Babayeva:
Seçki2020
15:27 27.01.2020
2871
 AZXEBER.COM-un müsahibi 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən deputatlığa namizəd Pərvin Babayevadır. 
 
- Pərvin xanım, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiz.
 
- Babayeva Pərvin Çingiz qızı 1985-ci il noyabrın 14-də Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 8 Saylı tam orta məktəbin məzunuyam. Ilk ali təhsilini Azərbaycanda daha sonra Moskva Texnoloqiya Universitetinin Maliyyə Kredit fakultəsində davam etdirmişəm. 2006-2009 -cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin "Neftqaztikinti” trestində texniki işçi, mühəndis və Icraya Nəzarət şöbəsinin rəisi vəzifələrində, 2009 -2017-ci illərdə özəl sektorda kadrlar üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirmişəm. 2015-ci ildən "Sevinc Tənha Analara Dəstək” qrupunu təsis edərək xeyriyyəçilik işləri ilə məşğul olmağa başlamışam. Hazırda "Sevinc Tənha Analara Dəstək” qrupunun təsisçi sədriyəm. 2015-ci ildən bu günədək hər ay imkansız ailələrə, sahibsiz yaşlı insanlara ərzaq yardımları, başsız ailənin övladlarını təmənnasız sünnət, serebral iflicdən əziyyət çəkən uşaqların əməliyyatı və s. kimi işlər ilə fəailiyyət göstərməkdədir.
 
- Necə oldu ki, deputatlığa namizəd olmaq haqda qərar verdiz?
- Xalqını, dövlətini sevmək onların daim yanında olmaq üçün millət vəkili olmağa ehtiyac yoxdur. Məni yaxından tanıyan insanlar çox gözəl bilir ki, mənə güc və vəzifə lazım deyil. Sadəcə bəzən insanların bir çox problemlərin bir adi vətəndaş olaraq həll eləmək iqtidarında deyiləm. Mənə sadəcə hüquq lazımdır ki, söz verdiklərim yalnız sətrlərdə deyil, Milli Məclisin tribunalarında geniş şəkildə müzakirə olunsun.
 
- Niyə məhz 12 saylı Binəqədi-Yasamal-Qaradağ dairəsi?
- Mən Yasamalda anadan olmuşam və hazırda namizəd olduğum dairədə yəni Yeni Yasamalda yaşayıram. Ən düzgün seçim bu idi zənnimcə. Yaşadığım ərazinin problemlərini bildiyim üçün bu ərazini seçdim. 
 
- Bu dairədən deputat seçilsəz, hansı işləri görəcəksiz?
- Namizəd olduğum dairə, Qaradağ rayonu üzrə Lökbatan, Puta və Korgöz qəsəbələridir. Binəqədi rayonu üzrə Sulutəpə, Xocasən və 28 may qəsəbəsi, Yasamal rayonu üzrə Yeni Yasamal ərazisidir. Təşviqat-Təbliğat dövründə hər ərazini gəzdikcə seçicilərlə söhbət əsasında onları narahat edən problemlərlə maraqlanıb qeydlər aparıram. Heç bir seçicimə yalan vədlər vermək fikrində deyiləm. Ilk öncə şikayətlər üzərində işləyib onları həll etməyə çalışacam. Platformamda da qeyd etmişəm ki, mən parlamentdə millət vəkili kimi yox, hər bir seçicimin ailə üzvü kimi onları Milli Məclicdə təmsil edəcəm.
 
- Özünüzə kimi rəqib görürsüz?
- Parlament seçkiləri mənim üçün mütləq qalib gələcəyim nə bir oyun, nə də bir marafondur ki, özümə kimisə rəqib bilib onunla rəqabət aparım. Kim layiq bilinəcəksə o namizəd seçilib millətini təmsil edəcək. Hər bir namizədə layiqli qalibiyyət arzulayıram.
 
- Seçicilərlə görüşürsüz. Onları ən çox narahat edən hansı məsələlərdir?
- Seçicilərlə görüşlərimiz gözlədiyimdən çox səmimi və gözəl keçir. Getdiyimiz hər qapıda bizi gülərüzlə qarşılayırlar. Getdiyim hər ərazidə ilk tənha analar ilə görüşürəm. Onların ailə məişət problemlərini dinləyib qeydlər aparıram. Ümumü olaraq, ən çox şikayət qəsəbələrdə yolların vəziyyəti bəzi qəsəbələrdə kanalizasiya sisteminin olmamasıdır.
 
- Sosial şəbəkələrdə onlayn səsvermələrdə qalib olursuz. 9 fevralda hansı nəticəni gözləyirsiz?
- Seçicilərim mənə inanıb etimad göstərəcəklərinə inanaraq qalib olacağımı düşünürəm.

OXŞAR XƏBƏRLƏR