Pərviz Müşərrəf xəyanətdə ittiham olunur

DÜNYA
10:42 18.11.2013
1075

Əgər günahı sübuta yetirilərsə o ya edam olunacaq, ya da ömürlük həbsə məhkum olunacaq

Pakistanın eks prezidenti Pərviz Müşərrəf dövlətə xəyanətdə ittiham olunduğuna görə məhkəmə qarşısına çıxacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xan bəyanat verib. Eks prezident "2007-ci ildəki iğtişaşlar zamanı ölkədə fövqəladə vəziyyət elan etməkdə" və "Konstitusiyanın fəaliyyətinin dayandırılması"nda ittiham edilir. Məhkəmənin başlanması haqqında rəsmi məktub Ali Məhkəməyə sabah göndərilcək. Əgər Müşərrəfin günahı sübuta yetirilərsə onu ya edam cəzası, ya da ömürlük həbs cəzası gözləyir. Hazırda Müşərrəf girov müqabilində azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR