"Qarabağ Universitetindən təklif gəlsə də, gedə bilmədim".
AZXEBER.COM xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov deyib.
"Qonaqcanlı" verilişində bu haqda danışan xanəndə təklifi qəbul edə bilməməsinin səbəbini açıqlayıb:
"Bir il öncə Qarabağ universitetinin kafedra müdiri Səbuhi müəllim mənə müəllim kimi çalışmağı təklif etdi, təəssüf ki, qəbul edə bilmədim. Yarışa hazırlaşmağım və tez-tez xaricə gedib-gəlməyim buna mane oldu. Yaşım 50 olsa idi, məmnuniyyətlə gedərdim pedaqoq olardım. İndi mən bir yerdə dayanmıram. Hər dəfə işdən icazə almaq alınmayacaq".
Aysel








































