Peşə Təhsil Mərkəzinə mediatur keçirilib

Peşə Təhsil Mərkəzinə mediatur keçirilib
SOSİAL
11:16 08.08.2025
210
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan bloger və influenserlərin iştirakı ilə geniş tərkibli mediatur keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin məqsədi peşə təhsilində son yeniliklərin, yeni ixtisasların və mövcud imkanların geniş ictimaiyyətə çatdırılması olub.

Görüş çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi blogerlərin suallarını cavablandırıb, peşə təhsilindəki inkişaf, yeni ixtisas istiqamətləri, tədris imkanları və beynəlxalq sertifikat proqramları barədə ətraflı məlumat verib.

Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb. Bu proqram çərçivəsində tələbələr əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təchiz olunacaqlar.

Daha sonra iştirakçılar mərkəzin infrastrukturu ilə tanış olublar. 

Müasir tədris avadanlıqları, praktiki təlim mühiti və texniki imkanlar barədə təqdimat keçirilib.

Qeyd edək ki, hazırda ölkə üzrə 78 peşə təhsili müəssisəsində, 152 ixtisas üzrə ümumilikdə 32 620 plan yeri üzrə qəbul həyata keçirilir. Bu yerlərin 24 280-i dövlət sifarişi, 8 340-ı isə ödənişli əsasda təklif olunur.
OXŞAR XƏBƏRLƏR