Peşə təhsilində yeni mərhələ: ixtisas təsnifatı yenilənir

Peşə təhsilində yeni mərhələ: ixtisas təsnifatı yenilənir
SOSİAL
11:09 19.02.2026
333
Elm və Təhsil Nazirliyində "Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud "Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib. 

Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan "Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib.

Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib. 
 
İclas müzakirə formatında davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr