Peskov: Ermənistan Avropa İttifaqına yalnız öz hesabına inteqrasiya edə bilər

Peskov: Ermənistan Avropa İttifaqına yalnız öz hesabına inteqrasiya edə bilər
SOSİAL
17:18 29.05.2026
325
Ermənistan Avropa İttifaqına yalnız öz hesabına inteqrasiya edə bilər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına inteqrasiyası Avrasiya İqtisadi İttifaqı ölkələrinin hesabına olmamalıdır.

"Ermənistanın suveren hüququ olan Avropa İttifaqına doğru irəliləyərkən İrəvan bunu Avrasiya İqtisadi İttifaqı ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir. Ermənistan bunu öz hesabına etməlidir. Hər şey çox sadədir. Burada qeyri-müəyyən bir şey yoxdur. Hər şey tamamilə aydın, şəffaf və birbaşadır", - Kremlin sözçüsü Astanada jurnalistlərin suallarını cavablandırarkən deyib.
OXŞAR XƏBƏRLƏR