Peskov: Kiyev iyunun 2-də danışıqların aparılması təklifinə hələ cavab verməyib

Peskov: Kiyev iyunun 2-də danışıqların aparılması təklifinə hələ cavab verməyib
DÜNYA
18:35 29.05.2025
463
Rusiya iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsi təklifinə Ukraynadan hələ cavab almayıb.

Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Bildiyiniz kimi, biz ikinci raund üçün bazar ertəsi, iyunun 2-də yenidən İstanbulda toplaşmağı təklif etdik, məndə olan məlumata görə, hələ cavab alınmayıb", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR