Putinlə Tramp arasında telefon danışığının tarixi ilə bağlı hələlik konkret razılaşmalar yoxdur.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, lazım gələrsə, Putin-Tramp telefon danışığı tez bir zamanda razılaşdırıla bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Putinlə bu həftə və ya gələn həftə ərzində telefon danışığı aparacağını açıqlayıb.