Putin və Trampın görüşü iki həftə ərzində və ya bir qədər gec baş tuta bilər.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
"İki ölkə liderlərində görüşü keçirmək üçün iradə var. Əvvəlcə Lavrov və Rubio onun təşkili üzərində işə başlayacaqlar", - Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.
Qeyd edək ki, dünən Putin və Tramp telefon danışığı zamanı Budapeştdə görüşmək barədə razılığa gəliblər.
APA