Peskov Rusiya Avropaya qaz tədarük etməyə hazırdır

Peskov Rusiya Avropaya qaz tədarük etməyə hazırdır
DÜNYA
15:39 12.04.2026
516
Rusiya alternativ bazarlara satışdan sonra əlavə həcm qalacağı təqdirdə Avropaya qaz ixracını davam etdirməyə hazırdır.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov qeyd edib ki, Rusiya alternativ bazarlardan qaz alışı ilə bağlı çoxsaylı müraciətlər alır, lakin bu bazarlar "çox tələbkardır”. O əlavə edib ki, son dövrlərdə Rusiyanın qaz tədarükünün həcmi artıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Avropa İttifaqının məhdudiyyətləri qüvvəyə minməzdən əvvəl Avropa bazarına tədarükləri dayandırmaq və yeni bazarlara yönələrək orada möhkəmlənmək Moskva üçün daha sərfəli ola bilər.
OXŞAR XƏBƏRLƏR