"Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub”.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu "Ria Novosti”yə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, bu gün "Reuters” agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danıçıqlar aparıldığı barədə məlumat yayıb.