Rusiya Ukraynada Avropa ölkələrini təmsil edən hərbçilərin yerləşdirilməsi ehtimalına mənfi yanaşır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Buna mənfi yanaşırıq. Avropa hərbçiləri mövcud deyil, konkret ölkələrin hərbçiləri mövcuddur və onların əksəriyyəti NATO üzvləridir", - o qeyd edib.
Bununla yanaşı, o bildirib ki, məhz NATO-nun hərbi infrastrukturunun Ukraynada yerləşdirilməsi münaqişənin əsas səbəblərindən biridir.
\report