Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur

Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
SİYASƏT
15:35 22.05.2025
391
Rusiya-Ukrayna danışıqlarının yeni raundu ilə bağlı konkret razılaşmalar yoxdur.

Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya Prezidenti Aleksandr Stubbun gələn həftə Vatikanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların mümkünlüyü barədə açıqlamasını jurnalistlərə şərh edərkən bildirib.

"Hələ ki növbəti görüşlərlə bağlı hər hansı bir konkret razılaşma yoxdur. Bu barədə razılığa gəlmək lazımdır. İstanbulda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində iş aparılır", - o qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR