Peskov: "Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı anlaşma yoxdur"

Peskov: "Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı anlaşma yoxdur"
DÜNYA
14:38 14.04.2022
375
"Rəsmi Moskva ilə Kiyev arasında birbaşa danışıqların yeni raundu ilə bağlı anlaşma yoxdur”.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 14-də jurnalistlərə bildirib.

O, TASS-ın müxbirinin Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı sualına cavabında deyib: "Yox, hələ heç nə yoxdur”.

D.Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir zelenski ilə görüşdən prinsipial olaraq heç vaxt imtina etməyib.
OXŞAR XƏBƏRLƏR