Peskov Rusiyanın yeni əraziləri ələ keçirmək istəyib-istəməməsinə aydınlıq gətirib

Peskov Rusiyanın yeni əraziləri ələ keçirmək istəyib-istəməməsinə aydınlıq gətirib
DÜNYA
19:22 06.08.2023
245
Rusiya ilhaq edilmiş bölgələrdən başqa, Ukraynanın heç bir regionunu ələ keçirmək niyyətində deyil.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov "The New York Times”ın müvafiq sualını cavablandırarkən danışıb.

"Yox. Biz sadəcə olaraq indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün o ərazilərə nəzarət etmək istəyirik”, - o qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Konstitusiyasında regionlar siyahısına Krım, 2022-ci ildə qondarma Donetsk və Luqansk "xalq respublikaları”, həmçinin Xerson və Zaporojye vilayətləri daxil edilib.

Son iki bölgənin inzibati mərkəzləri – Xerson və Zaporojye Ukraynanın nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR