Peskov: Şolts və Makron Ukrayna məsələsində vasitəçi ola bilməzlər

Peskov: Şolts və Makron Ukrayna məsələsində vasitəçi ola bilməzlər
DÜNYA
16:00 11.09.2023
200
Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsində vasitəçi ola bilməzlər.

Bunu Kremlin sözçüsü Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumun çərçivəsində deyib.

Onun sözlərinə görə, Şolts və Makron faktiki olaraq artıq Ukrayna münaqişəsinin həllində vasitəçi ola bilməzlər: "Onlar Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi olmaq imkanını faktiki olaraq itiriblər. Çünki, suverenliklərini itiriblər".

Kremlin rəsmi nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin Avropa liderləri ilə dialoqu davam etdirməyi heç vaxt istisna etmədiyini də söyləyib.
OXŞAR XƏBƏRLƏR