Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq

Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
DÜNYA
15:19 27.08.2025
254
Kremlin sözçüsü Dmitri Peskov Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalını təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi mənfi qiymətləndirdiklərini bildirərək, münaqişənin səbəblərindən birinin regionda NATO infrastrukturunun olması olduğunu bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov Moskvada müxtəlif aktual mövzularda jurnalistlərin suallarını cavablandırıb.

Ukrayna üçün təhlükəsizlik zəmanəti mövzusunun gündəmdəki əsas məsələlər arasında olduğunu qeyd edən Peskov, "Ancaq biz bu məsələ ilə bağlı hazırda ictimaiyyətə açıqlama vermək istəmirik. Bunu ümumi effektivlik üçün faydalı görmürük" deyib.

Ukraynada təhlükəsizlik təminatları çərçivəsində Avropa qoşunlarının yerləşdirilməsi ehtimalını şərh edən Peskov, "Biz buna mənfi baxırıq. Əslində, Avropa qoşunları yoxdur; əksəriyyəti NATO üzvü olan müəyyən ölkələrin əsgərləridir. NATO infrastrukturunun Ukraynada olması da münaqişənin səbəblərindən biri idi" deyə bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR