"Ukraynanın NATO-ya daxil olması ehtimalı qəbuledilməzdir"
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada mətbuat mənsublarına aktual mövzularla bağlı açıqlamalar verərkən deyib.
Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkib:
"Bir ölkənin təhlükəsizliyi digər ölkəni təhlükədə olması bahasına əldə edilə bilməz. Bu, bizim əsas götürdüyümüz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Təhlükəsizliyimiz üçün təhdid olan istənilən qərar bizim üçün qəbul edilməzdir”.
Cəmalə