Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik

Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
DÜNYA
14:20 08.07.2025
206

Kreml Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ətrafında baş verənləri diqqətlə izləyəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın xarici işlər naziri Jan-Noel Barronun Aİ-nin 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

"Şübhəsiz, bu istiqamətdə baş verənləri diqqətlə izləyəcəyik”, - o deyib.

Peskovun sözlərinə görə, yeni sanksiyaların tətbiqi halında Rusiya tərəfi onların nəticələrini mümkün qədər minimuma endirmək üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Barro növbəti tədbirlər paketinin Rusiyanın resurslarını tükəndirmək və hərbi əməliyyatları davam etdirməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edib. Tədbirlər neft gəlirlərinə, Rusiyadan və digər ölkələrdən gələn "maliyyə oyunçularına” təsir edəcək. Onun sözlərinə görə, sanksiyalar Parisin təklifi ilə tətbiq olunacaq və bununla da Aİ Moskvanı atəşkəslə razılaşmağa sövq etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR