"Rusiya Volodimir Zelenskini Ukraynanın legitim Prezidenti hesab etməyə davam edir”.
AZXEBER.COM "RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi deyib.
Dmitri Peskovun sözlərinə görə, Prezident təslim olmaq əmrini verə bilər, belə olduğu təqdirdə heç bir qurban da olmayacaq.
"Zamanla Aİ-də ölkəmizlə münasibətləri inkişaf etdirməyin zəruriliyini dərk edən geniş dünyagörüşünə malik liderlər peyda olacaq, ona görə də biz də bu perspektiv üçün çalışacağıq”, deyə Dmitri Peskov qeyd edib.