Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya Federasiyası ilə bağlı mədəni tədbirləri ləğv etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Biz bu cür qərarlara ürəkdən təəssüflənirik. Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işlərin davam etdirilməsi vacibdir”,-deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər belə bir reaksiyaya səbəb ola bilməz və olmamalıdır.
"Biz Azərbaycanla yaxşı münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq”,– deyə Kremlin sözçüsü əlavə edib.
Peskov həmçinin bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin gündəliyində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı nəzərdə tutulmur. Bununla belə, zərurət yaranarsa, belə bir söhbətin qısa müddətdə təşkil edilə biləcəyini vurğulayıb.