Peyğəmbəri təhqir edən rejissora ölüm hökmü verildi

DÜNYA
11:26 29.11.2012
1559
Məhəmməd peyğəmbərin təhqir olduğu “Müsəlmanların məsumiyyəti” filminin rejissoru barəsində edam qərarı verilib.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Misir Dövlət Məhkəməsi internet vasitəsiylə yayımlanmaqla milyonlarla müsəlmanın narazılığına səbəb olan filmin rejisssoru və onu hazırlayan digər 7 nəfər barəsində qiyabi edam hökmü verib.
Məhkəmənin qərarı əvvəlcə Misir müftülüyündə təsdiq edildikdən sonra dekabrın 29-da edam cəzası ilə bağlı son qərar veriləcək.
Misir rəsmiləri islam dininə qarşı yönələn bu çirkin addıma görə, filmin hazırlanmasında rolu olan şəxslərin edam edilməsi üçün çalışacaqlarını bildiriblər.
İslam peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin rejissoru Mark Basseley Youssef saxtakarlıq etdiyi üçün bir il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, müsəlman dünyasını ayağa qaldıran “Müsəlmanların məsumiyyəti” filmi bir çox ölkələrdə ABŞ əleyhinə üsyanlara səbəb oldu. Hətta Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə edilən hücumda aralarında səfirin də olduğu 4 amerikalı personal öldürülmüşdü.

OXŞAR XƏBƏRLƏR