Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO

Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
MAQAZİN
12:57 24.09.2025
319
"YouTube"da təqribən 1,5 milyon izləyicisi olan "Soğuk Savaş" adlı yayım kanalı bir dini hədisdən istifadə edərək Həzrəti Məhəmmədi (s.ə.s) ələ salıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif platformalarda sürətlə yayılan videoda "İctimaiyyəti qıcıqlandıran və nifrət nitqinə səbəb ola biləcək paylaşımların” olduğu aşkarlanıb, 

İstanbul Baş Prokurorluğu "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” maddəsi ilə iş üzrə istintaqa başlayıb.

İstintaq çərçivəsində verilişin aparıcısı Boğaç Soydemir və verilişin qonağı olan Enes Akgündüz haqqında həbs qərarı çıxarılıb.

Aysel
 

OXŞAR XƏBƏRLƏR