Koronavirusa tutulan müğənni Serdar Ortaçdan xəbər var.
AZXEBER.COM xəbər verir ki, məşhur müğənni bu yaxınlarda koronavirusa yoluxmuşdu. O, "İnstagram” hesabından sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama verib. Serdar Ortaç sosial media hesabındanCOVİD-19 testinin pozitiv olduğunu açıqlayıb. O, peyvənd olunduğuna görə xəstəliyi yüngül keçirdiyini bildirib: "Covidlə 5-ci günümdür. İki peyvənd vurdurmuşam. Düşünürəm ki, peyvənd olmasaydım, daha pis olardım. Virus ciyərimə düşmüşdü. Nəfəs almaqda çətinlik çəkirdim. Hər kəs diqqətli olsun. Bütün xəstələrə şəfa diləyirəm”.
Ayşən