İran Prezidenti Məsud Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu və düşmənin ölkəni daxildən çökdürməyə çalışdığını bildirib.
Bu barədə "Fars” agentliyi məlumat yayıb.
"Hazırkı müharibə əvvəlkindən daha mürəkkəbdir və düşmən ölkəni daxildən çökdürməyə çalışır", - İran Prezidenti qeyd edib.
Pezeşkian xalqın dövlət qurumlarından uzaqlaşdırılmasının mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb: "Xalqı özümüzdən uzaqlaşdırmamalıyıq, çünki bunun zərərini görəcəyik. Qurumları xalqla əməkdaşlığa cəlb etmək üçün siyasi və partiya yanaşmasından çəkinmək lazımdır”.










































