Pezeşkian: Hücumlara baxmayaraq, müstəqillik yolunda möhkəm dayanırıq

Pezeşkian: Hücumlara baxmayaraq, müstəqillik yolunda möhkəm dayanırıq
DÜNYA
17:22 01.03.2026
381

ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran tutduğu yoldan geri dönmək istəmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın "X" sosial şəbəkəsindəki paylaşımında bəhs olunur.

"İnsanların qətli, İrana qarşı yönəlmiş cinayətlər bizim öz vəzifəmizi yerinə yetirməyimizə mane olmayacaq, qürur və müstəqillik yolunda möhkəm dayanırıq" , - Pezeşkian bildirib.

İran Prezidenti vurğulayıb ki, Ali rəhbər Əli Xameneinin öldürülməsi uzun müddət İran xalqının yaddaşında qalacaq.

OXŞAR XƏBƏRLƏR